"Sabah"ın futbol akademiyasından rekord göstərici

"Sabah"ın futbol akademiyasından rekord göstərici

AFFA-nın təşkil etdiyi liqalarda mövsümə yekun vurulub.

Fanat.Az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları son mövsümdə 5 qızıl, 2 bürünc medal qazanıblar. U-10, U-12, U-14, U-15 və U-16 komandaları mövsümü qızıl, U-11 və U-19 komandası isə bürünc medalla başa vurublar.

U-15 komandasının üzvü Babamirzə Mehdiyev çıxış etdiyi liqada çempionatın ən yaxşı futbolçusu seçilib.

"Sabah"ın əməkdaşlıq etdiyi “Vətən” Futbol Məktəbi isə son mövsümdə 2 gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər