“Sabah”dən darmadağın, “Turan Tovuz”dan qələbə

“Sabah”dən darmadağın, “Turan Tovuz”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edib. Bu oyunda qonaqlar minimal hesabla qalib gəliblər. Turun qapanış matçında isə “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər. Bu görüş isə meydan sahiblərinin möhtəşəm qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, daha öncə “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” isə “Qəbələ”ylə (2:2) heç-heçəyə razılaşıb. “Neftçi” isə “Sumqayıt”ı 2:0 hesabıyla məğlub edib.

Azərbaycan Premyer Liqası XXI tur 6 fevral

“Şamaxı” – “Turan Tovuz” 0:1

Qol: Tərlan Quliyev, 54.

"Şamaxı": 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 91. Malik Nadirov, Baş məşqçi: Vüqar Əsgərli

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaidi Pusi, 11. Ayxan Hüseynov Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə. Şamaxı şəhər stadionu, 14:00.

“Sabah” – “Səbail” 4:0

Qol: Coy Lens Mikels, 4. Davit Volkov, 10; 31. Emmanuel Apeh, 83. 

Qırmızı vərəqə: Con İrasabal, 68 - Rahid Əmirquliyev, 79 (ikinci sarı). “Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh Baş məşqçi: Murad Musayev

“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov Baş məşqçi: Şahin Diniyev

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov. Masazır “Bank Respublika Arena”, 18:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər