“Sabah”dan yeni transfer və maraqlı təqdimat - VİDEO

“Sabah”dan yeni transfer və maraqlı təqdimat - VİDEO

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra bu komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər