"Sabah"dan rekordçusu ilə uzunmüddətli müqavilə

"Sabah"dan rekordçusu ilə uzunmüddətli müqavilə

“Sabah” müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimidir.

Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.

Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər