“Sabah”dan qapıçıları ilə yeni müqavilə

“Sabah”dan qapıçıları ilə yeni müqavilə

“Sabah” qapıçıları - Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.

Yusif “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/2022-ci il mövsümündən “Sabah”ın əsas komandasına cəlb olunur. O, əsas komandamızda ümumilikdə 52 oyun keçirib. Yusif Azərbaycanın əsas millisinin üzvüdür.

Rüstəm isə 2021-ci ildən “Sabah”da çıxış edir. Gənc qolkiper Azərbaycanın U-21 millisinin üzvüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər