“Sabah”dan Polşa klubu ilə heç-heçə

“Sabah”dan Polşa klubu ilə heç-heçə

“Sabah” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmslçisi Polşanın “Varta” komandası ilə üz-üzə gəlib. 

Poznanlılarla görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb. Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1. 45-ci dəqiqədə Aleksey Kaşuk hesabı açsa da, “Sabah” 90-cı dəqiqədə üstünlüyü əldən verib.

"Sabah" hazırlıq çərçivəsində daha bir oyun keçirəcək. Murad Musayevin komandası 18 yanvarda Serbiya “Voyvodina”sı ilə qarşılaşacaq. “Sabah”ın Antalya toplanışı 19 yanvarda başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər