“Sabah”dan Konfrans Liqasının ev oyunları ilə bağlı qərar

“Sabah”dan Konfrans Liqasının ev oyunları ilə bağlı qərar

"Sabah" klubu UEFA Konfrans Liqasında ev oyunları üçün bilet satışından əldə ediləcək gəlirin bir hissəsini işğaldan azad olunmuş torpaqların bərpası üçün ayıracaq.

Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər biletdən bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkü iyunun 21-də atılacaq. "Bayquşlar" ilk görüşünü iyulun 27-də, cavab matçını avqustun 3-də keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər