“Sabah”dan daha bir çempionluq

“Sabah”dan daha bir çempionluq

U-15 Liqasında 2022/23 mövsümü başa çatıb.

Fanat.Az xəbər verir ki, “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası mövsümü çempion kimi başa vurub.

Komanda liqanın həlledici matçında “Neftçi” ilə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyun Elnur Zeynalovun yetirmələrinin minimal hesablı qələbəsi ilə nəticələnib. Matçda yeganə qolu İslam Həsənov vurub. Oyunda komandanın qələbə qoluna imza atan İslam həm də, 76 qolla liqanın bombardiri olub.

Bu, “Sabah” akademiyasının komandalarının son mövsümdə 4-cü çempionluğudur. U-15-dən başqa, U-13, U-16 və U-17 mövsümü qızıl, U-14 komandası isə gümüş medallarla başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər