“Sabah”dan ayrılan futbolçu Belarus klubunda

“Sabah”dan ayrılan futbolçu Belarus klubunda

Qış transfer pəncərəsində “Sabah”dan ayrılan Aleksandr Neçayev karyerasını ölkəsi Belarusda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 29 yaşlı qapıçı “Minsk” klubu ilə sözləşmə imzalayıb.

Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Belarusun gənclər millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzaladığını bildirib.

“Sabah”a 2022-ci ilin yanvarında “Rux”dan keçən Aleksandr Neçayev 2022/23 mövsümünün ilk yarısında heç bir oyuna çıxmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər