“Sabah” “Zirə”ni məğlub etdi, Tovuzda "sülh"- YENİLƏNDİ

“Sabah” “Zirə”ni məğlub etdi, Tovuzda "sülh"- YENİLƏNDİ

Futbol üzrə Misli Premyer Liqasında X turun görüşləri davam edir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək.

"Turan Tovuz" evdə "Səbail"lə qarşılaşıb. Tovuz şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Turan Tovuz" 6-cı pillədəki mövqeyini qoruyub. 9 xalı olan "Səbail" isə 7-cidir.

Turun digər oyununda "Sabah" "Zirə"ni qəbul edib. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Emmanuel Apeh vurub. Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 16 xalı olan "Zirə" isə 4-cü sırada qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" evdə "Qəbələ" ilə heç-heçə edib - 1:1. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası X tur 15 oktyabr (şənbə)

“Turan Tovuz” – “Səbail” 2:2

Qollar: Runi Eva, 9-pen, Okebuqvu Henri, 32 – Franko Mazurek, 12,  Ağabala Ramazanov, 54.

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 33. Eltun Turabov, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov Baş məşqçi: Ayxan Abbasov

"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim Çex Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 22. Samir Abdullayev, 27. Emil Martinov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa Baş məşqçi: Mahmud Qurbanov

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov Hakim-inspektor: Babək Quliyev Tovuz şəhər stadionu.

“Sabah” – “Zirə” 1:0

Qol: Emmanuel Apeh, 72.

"Sabah":  12. Yusif İmanovz 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh Baş məşqçi: Murad Musayev

"Zirə": 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxovz 32. Qismət Alıyev (k), 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes Ehtiyat oyunçular: 22. Nail Alışovz 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 5. Moiz Adileu, 7. Filipe Paxtman Baş məşqçi: Rəşad Sadıqov

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov Hakim-inspektor: Munis Abdullayev “Bank Respublika Arena".

“Sabah” “Zirə”ni məğlub etdi, Tovuzda "sülh"- YENİLƏNDİ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər