"Sabah" Yunanıstan nəhəngi ilə qarşılaşır

"Sabah" Yunanıstan nəhəngi ilə qarşılaşır

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti - son yoxlama oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Yunanıstan təmsilçisi "Olimpiakos"la gücünü sınayacaq.

Qarşılaşma Kematen stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasına 3:1 hesabı ilə qalib gəlib. Paytaxt klubu ikinci görüşündə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər