“Sabah” yoxlama görüşündə böyük hesabla məğlub oldu

“Sabah” yoxlama görüşündə böyük hesabla məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

Murad Musayevin rəhbərlik etdiyi komanda meydançanı böyükhesablı məğlubiyyətlə tərk edib. Ukraynalılar 3 cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıblar.

“Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər