“Sabah” yeni sponsorla anlaşdı

“Sabah” yeni sponsorla anlaşdı

Peugeot Azerbaijan şirkəti “Sabah” FK-nın yeni nəqliyyat tərəfdaşı olacaq.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Tərəfdaşlıq çərçivəsində “Sabah” FK nəqliyyat vasitələri ilə təmin ediləcək.  Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni “e-2008 Peugeot” markalı avtomobil “Sabah” FK-nın ixtiyarına verilib. Avtomobil “Peugeot Azerbaijan” şirkətinin direktoru Ramin Mustafayev tərəfindən “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlova təqdim edilib. 

Bundan əlavə, “Sabah” FK-nın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib. 

Qeyd edək ki, “Peugeot Azerbaijan” şirkəti zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən “Peugeot” avtomobil brendinin ölkəmizdəki rəsmi distribütorudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər