"Sabah" ukraynalı futbolçunu icarəyə götürdü

"Sabah" ukraynalı futbolçunu icarəyə götürdü

"Sabah" növbəti futbolçu transferini həyata keçirib.

Fanat.Az xəbər verir ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan Aleksey Kaşuk icarəyə götürülüb.

Ukraynalı oyunçu cari mövsümün sonunadək "Sabah"da çıxış edəcək.

Qeyd edək ki, Aleksey Kaşuk 2021/2022 mövsümündə də icarə əsasında "Sabah"ın formasını geyinib. 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 8 oyuna çıxıb və 2 qolla yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər