“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Kaşuk Donetsk “Şaxtyor”unun yetirməsidir. 21 yaşlı oyunçu karyerası ərzində bu klubun əvəzedici komandası ilə yanaşı, “Mariupol”un (2019-2022) da formasını geyinib.
O, həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.