"Sabah" Türkiyədə 4-cü oldu

"Sabah" Türkiyədə 4-cü oldu

Türkiyənin Antalya şəhərində keçirilən "Junior Worl Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-15 komandası yarışda çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, "bayquşlar"qrup mərhələsində Almaniya çempionu "Herta"ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin "Başakşehir Kartal" (2:0) və Rusiyanın "Kosmos Moskva" (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

1/4 finalda Almaniyanın "Speyer 09"a qalib gələn (1:0) "Sabah" yarımfinala adlayıb. U-15 bu mərhələdə Argentina çempionu "River Pleyt"ə uduzub (1:3). Elvin Həsənovun çalışdırdığı kollektiv 3-cü yer uğrunda matçda CAR-ın "Kuoh Foundation Academy" komandasına yenilib - 0:1.

Komandamız 16 komandanın yarışdığı beynəlxalq turniri 4-cü pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər