“Sabah” Türkiyə klubuna məğlub oldu

“Sabah” Türkiyə klubuna məğlub oldu

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Baxçaşəhər”in qonağı olub.

İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 99:80.

“Sabah” hazırda 6 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər