"Sabah" tarixinin ən böyük hesablı qələbəsi

"Sabah" tarixinin ən böyük hesablı qələbəsi

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tarixi qalibiyyət "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XVIII tur oyununa təsadüf edib.

Paytaxt təmsilçisi səfərdə rəqibin qapısından 6 cavabsız top keçirib. Bakılılar daha öncə bir neçə dəfə 5:0 hesablı qələbəyə sevinsə də, ilk dəfə bir matçda 6 qol vuub.

Qeyd edək ki, "Sumqayıt"a qarşı oyunda Emmanuel Apeh, Aleksey Kaşuk, Coy Lens Mikels, Elvin Camalov, Anatoli Nuriyev və Davit Volkov fərqləniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər