"Sabah": Tarixdə 17-ci dəfə

"Sabah": Tarixdə 17-ci dəfə

Misli Premyer Liqasının IV turunda “Qəbələ” ilə görüşdən 2:0 üstün dönən "Sabah" çempionatın startında ardıcıl 4-cü qələbəsini qazanıb. 

Fanat.Az xəbər verir ki, bu, Bakı klubunun tarixində startdakı ilk belə seriyadır. 

Murad Musayevin yetirmələri ölkə çempionatlarına 4 qələbə ilə başlamağı bacaran 9-cu komanda olub. Bunadək 8 komanda mövsümün ilk 4 matçında xal itirməyib. Bunlar “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Şəfa”, “Xəzri”, “Kəpəz” və AZAL-dır. İndiyədək 16 dəfə bir komanda ilk dörd qarşılaşmada 12 xal toplamışdı. Cari mövsüm qeydə alınan qələbə seriyası 17-ci olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər