“Sabah” super seriyaya qələbə ilə başladı

“Sabah” super seriyaya qələbə ilə başladı

Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, oyuna üstün başlayan "Gəncə" basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər.

İkinci hissədə geri dönüş edən paytaxt klubu yekunda 71:69 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sabah" seriyadakı hesabda 1:0 önə keçib.

Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (12 xal, 12 ribaund), "Gəncə"dən isə Kollin Törner (17 xal, 11 asist) olublar.

Final seriyasının ikinci oyunu 22 may saat 19:30-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər