“Sabah” “Sumqayıt”la oyuna tam heyətlə çıxa bilməyəcək - Açıqlama

“Sabah” “Sumqayıt”la oyuna tam heyətlə çıxa bilməyəcək - Açıqlama

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək. 

"Sabah" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Paytaxt təmsilçisi meydana itkilərlə çıxacaq. 

Bu barədə Fanat.Az-a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib: "Aleksey İsayev və Anatoli Nuriyev cəza səbəbindən bu oyunu buraxacaqlar. Bəxtiyar Həsənalızadənin də zədəsi var. Amma bu matçda oynayıb-oynamayacağı dəqiqləşməyib".

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" matçı 19:00-da start götürəcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər