"Sabah" seriyada önə keçdi

"Sabah" seriyada önə keçdi

 24 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının üçünçü oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, xalaxal prinsipi ilə davam edən oyunun yekununda "Sabah" komandası 93-90 hesabı ilə, "Gəncə" basketbolçularına qalib gəlib. Bu qələbə ilə "Sabah" seriyadakı hesabda (2-1) önə keçib.

Final seriyasının dördüncü oyunu 26 may saat 19:30-da baş tutacaq.

Ən məhsuldar basketbolçular:  "Sabah BK" ( Kalin Kreyn - 19 xal, 5 ribaund), "Gəncə BK" ( Cordan Endryus - 24 xal, 5 ribaund )

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər