“Sabah” Serbiyada 6 yoldaşlıq görüşü keçirəcək

“Sabah” Serbiyada 6 yoldaşlıq görüşü keçirəcək

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində Serbiyada baş tutacaq təlim-məşq toplanışı zamanı yerli klublarla 6 yoldaşlıq görüşü keçirəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bu məqsədlə sentyabrın 6-da Belqrada yollanacaq.

Toplanışın sentyabrın 18-dək təşkili nəzərdə tutulub. Komanda hazırlığını “Srvena Zvezda”nın təlim-məşq bazasında keçəcək.

“Sabah”ın yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblər:

8 sentyabr. “Sabah” - “Vrsaç” 10 sentyabr. “Sabah” - “Radniçki” 13 sentyabr. “Sabah” - “OKK Belqrad” 15 sentyabr. “Sabah” – “Boraç Zemun” 16 sentyabr. “Sabah” – “Srvena Zvezda 2” 17 sentyabr. “Sabah” – “Zlatibor”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər