"Sabah" "Səbail"ə qarşı neçə itki ilə mübarizə aparacaq? - AÇIQLAMA

"Sabah" "Səbail"ə qarşı neçə itki ilə mübarizə aparacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 16-cı turunda "Səbail"i qəbul edəcək "Sabah" oyuna itkilərlə çıxacaq. Çempionatın öncəki turunda - Tovuzda "Kəpəz"ə qarşı keçirdikləri matçda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşən Murad Musayevin çalışdırdığı kollektiv "dənizçilər"lə görüşdə 3 əskiklə mübarizə aparmaq məcburiyyətindədir.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Jarl Marqarita, Kristian Sebalyos və Davit Volkov zədə səbəbindən məşqlərdə iştirak etmirlər. Bu futbolçular "Səbail"ə qarşı oynamayacaqlar".

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Sabah" - "Səbail" qarşılaşması 15:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər