"Sabah" "Səbail"ə qalib gəldi

"Sabah" "Səbail"ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasının daha iki təmsilçisi yoxlama oyununda üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi "Sabah" Mahmud Qurbanovun baş məşqçisi olduğu "Səbail"lə qarşılaşıb. 

Görüş "Sabah"ın 3:1 hesablı qələbəsiylə başa çatıb.

“Sabah”ın Heyətində Ceyhun Nuriyev dubl edib, digər qolu Camal Cəfərov vurub. “Səbail”dən isə yeni transfer Franko Mazurek penaltidən fərqlənib.

Bundan əvvəl "Sabah" yoxlama matçında "Sumqayıt"a (1:2) məğlub olub, "Səbail" isə "Kəpəz"ə (3:1) qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər