"Sabah" "Qarabağ"la matça tam heyətlə çıxa biləcəkmi? - SON DURUM

"Sabah" "Qarabağ"la matça tam heyətlə çıxa biləcəkmi? - SON DURUM

"Sabah" Misli Premyer Liqasının 14-cü turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda tam heyətlə çıxmaya bilər. 

Bunu Fanat.Az-a  açıqlamasında "bayquşlar" ın mətbuat katibi Elnur Həmidov deyib:

"Cəzalı oyunçumuz yoxdur. Jarl Marqarita və Kristian Sebalyos fərdi hazırlıqlar keçirlər. Bu futbolçuların meydana çıxıb-çıxmayacağı gələn həftə dəqiq bilinəcək".

Qeyd edək ki, "Sabah "-  "Qarabağ" qarşılaşması noyabrın 24-də keçiriləcək.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər