"Sabah" "Olimpiakos"la "sülh bağladı"

"Sabah" "Olimpiakos"la "sülh bağladı"

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Bakı klubu Yunanıstan təmsilçisi "Olimpiakos"la üz-üzə gəlib.

Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə hesabı açsa da, Murad Musayevin baş məşqçi olduğu komanda üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasını 3:1 hesabı ilə üstələyib, ikinci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər