“Sabah” – “Neftçi” oyununda rekord

“Sabah” – “Neftçi” oyununda rekord

Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Sabah" klubunun rəsmi saytı məlumat yayıb. 

“Bank Respublika Arena”da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, “Sabah”ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir.

Əvvəlki rekord 2018/19-cu il mövsümündə baş tutmuş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).

“Sabah” – “Neftçi” görüşündə Misli Premyer Liqasının cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda baş tutmuş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.

Qeyd edək ki, “Sabah” – “Neftçi” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər