"Sabah" Murad Musayevlə yolları ayırdı 

"Sabah" Murad Musayevlə yolları ayırdı 

"Sabah" baş məşqçisi Murad Musayevlə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, komandanın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı Musayev "Sabah"dan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib. 

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Komandamız rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. 

"Sabah" Murad Musayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər