“Sabah” müntəzəm mövsümdə ilk qələbəsini qazandı

“Sabah” müntəzəm mövsümdə ilk qələbəsini qazandı

“Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro “Mornar”ını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla “Sabah” müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

“Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyunda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una (61:95) məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər