"Sabah" müdafiəçisi ilə müqaviləni yenilədi

"Sabah" müdafiəçisi ilə müqaviləni yenilədi

“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

Bosniya və Herseqovinadan olan oyunçu fevralda "Sabah"a keçib.

Qeyd edək ki, Boyan Letiç cari mövsüm 11 oyunda iştirak edib və 1 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər