“Sabah” klubu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.
FAnat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 1 illikdir.
Azərbaycan millisinin üzvü olan Həsənalızadə 2020-ci ilin dekabr ayından “Sabah”da çıxış edir. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.