“Sabah” mərakeşli futbolçu ilə müqavilə bağladı

“Sabah” mərakeşli futbolçu ilə müqavilə bağladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Mərkəz müdafiəçisi ilə müqavilənin müddəti 1+1 illikdir.

Maruan karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.

Yeni transfer 24 nömrəli formada çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər