"Sabah" Kipr klubuna uduzdu

"Sabah" Kipr klubuna uduzdu

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununda qüvvəsini sınayıb. 

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Kipr təmsilçisi "Atrikas Xlorakas"la qarşılaşıb.

Matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçisindən qolları Davit Volkov və Anatoli Nuriyev vurublar.

Qeyd edək ki, "Sabah" ilk yoxlama görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna uduzub - 0:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər