"Sabah" Kipr klubuna qarşı

"Sabah" Kipr klubuna qarşı

Növbəti mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

Fanat.Az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” klubu ilə üz-üzə gələcək. Görüş iyulun 26-da Bakı vaxtı ilə saat 19:30-da Banskoda baş tutacaq.

Qeyd edək ki, “Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər