"Sabah" futbolçusunu "Sumqayıt"a vermir

"Sabah" futbolçusunu "Sumqayıt"a vermir

"Sumqayıt"ın "Sabah"ın futbolçusu ilə güclənmək istəyi böyük ehtimalla, baş tutmayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" cinah müdafiəçisi Abdulla Rzayevi ayda 3 min manat məvacib qarşılığında bir mövsümlük icarəyə götürmək istəsə də, planını həyata keçirə bilməyib.

Belə ki, Masazır təmsilçisi bu varianta razılaşmayıb.

Qeyd edək ki, 20 yaşlı Abdulla son mövsümdə qışa qədər "Şamaxı"da, daha sonra "Kəpəz"də icarədə olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər