“Sabah” Abdulaye Banın getdiyini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, seneqallı müdafiəçi ilə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Abdulaye Ba 2022-ci ilin iyulundan "Sabah"da çıxış edirdi. O, Premyer Liqada 2022/2023 mövsümündə 22 oyuna çıxıb və 2 qol vurub.
Ba ötən mövsümün sonunda klub və azarkeşlərlə vidalaşmışdı.