"Sabah" Bundesliqa təmsilçisinə qarşı

"Sabah" Bundesliqa təmsilçisinə qarşı

UEFA Konfrans Liqasına Avstriyanın Tirol bölgəsində hazırlaşan "Sabah" bu gün növbəti sınaq matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, paytaxt klubu Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gələcək.

Ancaq oyun  Avstriyada yox, İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, Murad Musayevin baş məşqçi olduğu "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Sabah" Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Azərbaycanı ilk dəfə avrokubokda təmsil edəcək bakılıların bu mərhələdəki rəqibi “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. "Sabah" ilk oyununu səfərdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər