"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Misli Premyer Liqasının 33-cü turunda evdə "Sabah"a 0:1 uduzan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, minimal hesabla məğlub olduqları görüşlə bağlı bunları deyib:

"Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim. Çoxlu hücumlar etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım. Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik. Bu gün "Sabah" bizə bəxt sayəsində qalib gəldi. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu futbolun bir hissəsidir. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər