"Sabah" - "Beşiktaş" oyununun formaları satışda!

"Sabah" - "Beşiktaş" oyununun formaları satışda!

“Sabah”la “Beşiktaş” klubları bir müddət öncə keçirdikləri xeyriyyə matçının oyun formalarını və bu qarşılaşma üçün hazırlanmış xüsusi şərflərin onlayn satışına başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytında məlumat verilib.

Azarkeşlər “Sabah”ın (//sabahfc.az/product/sabah-besiktas-xatir%c9%99-s%c9%99rfi/) və “Beşiktaş”ın (//acikartirma.kartalyuvasi.com.tr/) rəsmi saytına daxil olaraq, xeyriyyə matçı üçün hazırlanmış forma və şərfləri satın ala bilərlər.

"Sabah" - "Beşiktaş" oyununun formaları satışda! Bu satışlardan da əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə ianə ediləcək.

Xatırladaq ki, mayın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Sabah” – “Beşiktaş” oyunu 3:3 hesablı bərabərliklə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər