"Sabah" - "Beşiktaş" matçından nə qədər pul götürüləcək?

"Sabah" - "Beşiktaş" matçından nə qədər pul götürüləcək?

Azərbaycanın "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında keçiriləcək xeyriyyə matçından götürüləcək gəlirin hansı istiqamətdə xərclənəcəyi açıqlanıb.

Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu qarşılaşmadan qazanılacaq məbləğin hamısı Türkiyənin məlum zəlzələ səbəbindən dağılmış şəhərlərindən birində məktəblərin tikilməsinə sərf ediləcək.

Təşkilatçılar qarşılaşmadan ən azı 9 milyon türk lirəsi (800 min manata yaxın) vəsait götürməyi planlaşdırır.

"Sabah" - "Beşiktaş" görüşü mayın 13-də "Tofiq Bəhramov"da baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər