"Sabah" Bakıya qayıtdı

"Sabah" Bakıya qayıtdı

“Sabah” Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını yekunlaşdırıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu gecə Bakıya qayıdıb. 

Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirib. Komanda ilk oyunda Qətər “Əl-Sədd”i (3:1), ikinci matçda Almaniya “Sankt-Pauli”si (1:4), son sınaq matçında isə Yunanıstan “Olimpiakos”u (1:1) ilə qarşılaşıb.

“Sabah” bu mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. Turnirə 2-ci təsnifat mərhələsindən qatılacaq komandanın ilk rəqibi Latviya RFS-i olacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər