"Sabah" Azərbaycan millisinin üzvünü transfer etdi - RƏSMİ

"Sabah" Azərbaycan millisinin üzvünü transfer etdi - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra bakılıların uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 3 ildir.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər