“Sabah” Ayazın transferini rəsmən açıqladı

“Sabah” Ayazın transferini rəsmən açıqladı

Ayaz Quliyevin "Sabah"a keçidi rəsmiləşib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Azərbaycan əsilli futbolçu Rusiyanın “Ximki” klubundan transfer edilib. Quliyevlə 3 illik müqavilə bağlanıb. O, "Sabah”da 8 nömrəli formada çıxış edəcək.

“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) klublarında çıxış edib.

Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər