"Sabah" Avstriyanı İtaliyaya dəyişir - Almaniya təmsilçisi ilə qarşılaşacaq

"Sabah" Avstriyanı İtaliyaya dəyişir - Almaniya təmsilçisi ilə qarşılaşacaq

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli”ylə qarşılaşacaq.

Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Al-Sadd” klubuna qarşı keçirib (3:1).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər