“Sabah” avrokuboklara vəsiqəni təmin etdi

“Sabah” avrokuboklara vəsiqəni təmin etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə "Qəbələ"ni məğlub edən “Sabah” çempionatın bitiminə 8 tur qalmış ilk üçlükdə yerini təmin edib.

Fanat.Az xəbər verir ki, bu, "Sabah"ın növbəti mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcəyi anlamına gəlir.

“Sabah”dan öncə “Qarabağ” da avrokuboklara vəsiqəni təmin etmişdi.

Onu da xatırladaq ki, “Sabah” tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək.

Hazırda “Qarabağ” 74 xalla vahid liderdirsə, “Sabah” 65 xalla ikincidir. “Neftçi” 57 xalla üçüncü, “Zirə” 38 xalla dördüncü, “Qəbələ” isə 36 xalla beşinci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər