"Sabah" "Araz Naxçıvan"la oyuna 3 itki ilə çıxacaq

"Sabah" "Araz Naxçıvan"la oyuna 3 itki ilə çıxacaq

Misli Premyer Liqasının 17-ci turunda "Araz-Naxçıvan"ın qonağı olacaq sabah oyuna 3 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Cəzalı futbolçumuz yoxdur. Ancaq üç oyunçumuz "Araz-Naxçıvan"la matçda oynamayacaq. Bunlar Jaql Marqarita, Kristian Sebalyos və Davit Volkovdur".

Qeyd edək ki, dekabrın 15-də "Dalğa Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Sabah" qarşılaşması 15:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər