"Sabah" Antalyada çempion oldu

"Sabah" Antalyada çempion oldu

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edib.

Fanat.Az xəbər verir ki, Bakı komandası turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandası ilə heç-heçə edib, yerli "Ortacı Esnaf" komandasına qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb. 

U-14 bu mərhələdə Türkiyənin "Antalya" komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb. Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb. 

Həlledici matçda "Antalyaspor"la qarşılaşan "Sabah" əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər