Rövnəq Abdullayev AFFA prezidenti postuna namizədliyini irəli sürdü

Rövnəq Abdullayev AFFA prezidenti postuna namizədliyini irəli sürdü
Rövnəq Abdullayev 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. 
Fanat.Az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Abdullayev öz namizədliyini irəli sürüb.
Xatırladaq ki, 55 yaşlı Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə, 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər