Rusiya millisinin üzvü 21 yaşında dünyasını dəyişdi

Rusiya millisinin üzvü 21 yaşında dünyasını dəyişdi

Rusiyanın çimərlik voleybolu üzrə gənclərdən ibarət millisinin və “Zareçye” klubunun üzvü Arina Mixaylina həyatla vidalaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı Ümumrusiya Voleybol Federasiyası yayıb.

21 yaşında dünyasını dəyişən Mixaylinanın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Arina 2018-ci ildə 17 yaşadək qızlar arasında Rusiya çempionatının qalibi olub. O, 2019-cu ildə tələbələr arasında Spartakiadanın bürünc medalını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər